File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Əməliyyat-axtarış

DSX narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb

15-apr-2025
Admin
DSX narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb
Yazı Ölçüsü:
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aprel ayının 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alının.
"PostMedia" bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Kateqoriyalar