File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Əməliyyat-axtarış

Azərbaycanın tələbi ilə "Interpol" Makronun keçmiş mühafizə rəisi axtarışa verib

28-apr-2025
Admin
Azərbaycanın tələbi ilə "Interpol" Makronun keçmiş mühafizə rəisi axtarışa verib
Yazı Ölçüsü:

İnterpolun Baş Katibliyi uzunmüddətli araşdırmalardan sonra Fransa vətəndaşı Aleksandr Benallanın axtarışa verilməsini əsaslı sayaraq 2025-ci ilin aprel ayında ona qarşı "Red Notice" (“Qırmızı Bülleten”) çıxarıb və bu barədə bütün üzv ölkələrə rəsmi bildiriş göndərib.

"PostMedia" xəbər verir ki, bu qərarın hüquqi əsası 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq çərçivəsində göndərilmiş sorğuya dayanır.

Xatırladaq ki, Fransa Prezidentinin sabiq mühafizə xidmətinin rəhbəri Aleksandr Benalla və Fransanın iri su təsərrüfatı şirkəti olan "SAUR"un vitse-prezidenti Anass Derraz (hazırda Azərbaycanda məsuliyyətə cəlb olunub) 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə tətbiq edilən beynəlxalq sanksiyaların ləğvi qarşılığında rüşvət almaqda və digər qanunsuz əməllərdə ittiham olunurlar.

Əvvəllər yayımlanan materiallarda bildirilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan böyük məbləğdə rüşvət tələb ediblər və bunun müqabilində onun lüks "Luna" yaxtasının beynəlxalq həbsdən azad olunacağını və şəxsin özünün də sanksiyalardan qorunacağını vəd ediblər.

İstintaq materiallarına görə, Əhmədovun ödədiyi milyonlarla dolların bir hissəsi Anass Derrazın "AL HILAL BANK"dakı, digər hissəsi isə Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına köçürülüb.

Hazırda Azərbaycanda məsuliyyətə cəlb olunan və ölkədən çıxışına qadağa qoyulan Anass Derraz istintaqa təqdim edilib. A.Benallanın isə beynəlxalq axtarışa verilməsi üçün İnterpola rəsmi müraciət olunmuşdu.

İnterpolun A.Benallanı ən yüksək hüquqi status olan "Qırmızı Bülleten"lə axtarışa verməsi, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əlində ciddi və mötəbər sübutların olduğunu göstərir. "Qırmızı Bülleten" onun üçüncü bir ölkədə tutulub, axtarışı tələb edən ölkəyə ekstradisiya olunmasını nəzərdə tutur. Artıq A.Benallanın başqa bir ölkədə ekstradisiya proseduruna cəlb olunduğu bildirilir.

Yaxın vaxtlarda isə Bakıda saxlanılan Anass Derrazla bağlı cinayət işinin açıq məhkəmə iclasının başlanacağı və bu iş çərçivəsində yeni korrupsiya faktlarının ortaya çıxacağı gözlənilir.

Kateqoriyalar