"Pfizer" əczaçılıq şirkəti "Danuglipron" adlı piylənməyə qarşı dərmanın hazırlanmasını dayandırır.
"PostMedia" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb.
Səbəb klinik sınaqlarda iştirak edən şəxslərdən birində qaraciyərlə bağlı ciddi yan təsirlərin aşkarlanması olub.
"Pfizer" investorların diqqətlə izlədiyi piylənmə əleyhinə preparatın hazırlanmasını dayandıracaq. Bu qərar, şirkətin arıqlama dərmanları sahəsində "Novo Nordisk" və "Eli Lilly & Co" kimi rəqiblərlə rəqabət cəhdlərinə ciddi zərbə olacaq", – deyə agentlik yazır.