Bu gündən ABŞ hökuməti Çin mallarına qarşı 104%-lik tarifləri qüvvəyə minir.
“PostMedia” xəbər verir ki, bu addım iki ölkə arasındakı ticarət gərginliyini daha da artırıb və qlobal bazarlarda narahatlığa səbəb olub.
ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə tətbiq edilən bu tariflər Çin istehsalı olan bir çox məhsulu əhatə edir. Tramp administrasiyası Çin hökumətinin ABŞ məhsullarına qarşı 34%-lik cavab tarifləri tətbiq etməsinə cavab olaraq, Çin mallarına əlavə 50% tarif tətbiq edib. Bu tariflər, əvvəllər mövcud olan 20% və 34%-lik tariflərlə birlikdə ümumilikdə 104%-ə çatdırılıb.
Çin hökuməti ABŞ-ın bu addımını “şantaj” kimi qiymətləndirərək, sonuna qədər mübarizə aparacaqlarını bildirib və əlavə cavab tədbirləri görəcəklərini açıqlayıb. Bundan əlavə, Kanada ABŞ mallarına qarşı 25%-lik tariflər tətbiq edib, Avropa Komissiyası isə cavab tədbirləri görməyi nəzərdən keçirir.