Hindistan və Pakistan orduları Cammu və Kəşmirdə yerləşən nəzarət xətti boyunca silahlı toqquşma yaşayıblar.
"PorstMedia" xəbər verir ki, bu barədə PTI agentliyi ordudakı mənbəyə istinadla məlumat yayıb.
“Məyyən bölgələrdə nəzarət xətti boyunca atəşkəs Pakistan tərəfindən pozulub və atıcı silahlardan istifadə olunub”, – deyə mənbə bildirib. “Bu atəşlərə effektiv cavab verilib”, – o əlavə edib. Hazırda itkilər barədə məlumat yoxdur.
Agentliyin məlumatına görə, Pakistan ordusunun atəşi, Pahalgam bölgəsində baş vermiş və 26 dinc sakinin ölümünə səbəb olmuş terror aktından sonra artan gərginlik fonunda baş verib.
Terror aktından sonra bölgədə antiterror əməliyyatları da keçirilir. Hindistan təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, ötən gecə terrorçularla onların arasında atışma baş verib.