File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Energetika

Bu gün Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq

09-apr-2025
Admin
Bu gün Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Yazı Ölçüsü:

Bu gün paytaxtın Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “PostMedia”ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyektinə qaz verilişi və Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Dənizkənarı küçədə köhnəlmiş qaz xəttinin yenilənməsi ilə bağlı həmin tarixdə saat 10:00-dan etibarən qazın verilişi dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonunun K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid və M.Rahim küçələrinin, Xəzər rayonunun isə R.Axundov, A.Mirzəyev və Dənizkənarı küçələrinin sakinləri qazsız qalacaq.

Kateqoriyalar