File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Energetika

Bu ilin birinci rübündə Azərbaycanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

15-apr-2025
Admin
Bu ilin birinci rübündə Azərbaycanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Yazı Ölçüsü:

Bu ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ayda respublikada elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt/s olub.

Bu barədə "PostMedia"ya Energetika Nazirliyindən məlumat verilib.

Bu müddət ərzində İES-lərdə 6 318,3 mln. kVt/s, SES-lərdə 669,6 mln. kVt/s, digər mənbələr üzrə isə 183,9 mln. kVt/s, o cümlədən külək elektrik stansiyalarında 9,5 mln. kVt/s, günəş elektrik stansiyalarında 112,5 mln. kVt/s, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 mln. kVt/s elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 243,9 mln. kVt/s artım qeydə alınıb.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 385,0 mln. kVt/s (İES-lərdə 5 739,9 mln. kVt/s, SES-lərdə 645,1 mln. kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 mln. kVt/s (İES-lərdə 55,7 mln. kVt/s, SES-lərdə 21,7 mln. kVt/s, GES-də 13,8 mln. kVt/s), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 mln. kVt/s, müsəqil elektrik stansiyaları üzrə isə 689,3 mln. kVt/s təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 385,0 mln. kVt/s, idxalı isə 35,7 mln. kVt/s olub.

Qeyd edək ki, 2025-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 319,1 mln. kVt/s olub. Bu dövrdə elektrik enerjisinin ixracı 85,6 mln. kVt/s, idxalı isə 16,1 mln. kVt/s təşkil edib.

Kateqoriyalar