File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Energetika

Sabunçu, Qaradağ və Xəzər rayonlarının sakinlərinin nəzərinə - QAZ OLMAYACAQ

23-may-2025
Admin
Sabunçu, Qaradağ və Xəzər rayonlarının sakinlərinin nəzərinə - QAZ OLMAYACAQ
Yazı Ölçüsü:
Bu gün saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Zabrat və Məhəmmədi qəsəbələrinin bir hissəsinin, Maştağa qəsəbəsinin, Maştağa-Gülçülük, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin, Daş Karxanası və Subtropik sovxozu ərazisinin, Maştağa-Ləhic bağlarının, Kürdəxanı kəndinin və ətraf ərazilərin, həmçinin Xəzər rayonunun Buzovna və Şağan qəsəbələrinin, Albalılıq, Atçılıq və Təmənis yaşayış massivlərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, fasiləyə səbəb “Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləridir.
Eyni zamanda “Semzavod” QPS-dan qidalanan əhali kollektorunun girişində baypas xətti üzərində quraşdırılmış nasaz siyirtmənin yenisi ilə əvəz olunması məqsədi ilə saat 10:00-dan etibarən Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin də qaz təchizatında fasilə yaranacaq.
Kateqoriyalar