File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

İnfrastruktur

Sara Rzayevaya vəzifə verildi

29-apr-2025
Admin
Sara Rzayevaya vəzifə verildi
Yazı Ölçüsü:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Kommunikasiya şöbəsinə rəhbər təyin edilib.

"PostMedia" xəbər verir ki, bu vəzifə Sara Rzayevaya həvalə olunub.

Xatırladaq ki, AZCON ötən ilin noyabr ayında yaradılıb. Holdinqin yaradılması ilə “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və "Bakı Gəmiqayırma Zavodu" MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos"), nazirliyə məxsus “Aztelekom”, "Azerbaijan International Telecom” (AzInTelecom)”, “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi qurumun idarəetməsinə verilib.

AZCON-un Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, baş icraçı direktoru isə Şahin Babayevdir.

@APA

Kateqoriyalar