File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

Vergi ödəyicilərinə 112 min "Asan İmza" sertifikatı verilib

09-apr-2025
Admin
Vergi ödəyicilərinə 112 min "Asan İmza" sertifikatı verilib
Yazı Ölçüsü:

2025-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyicilərinə xidmət göstərən mərkəzlərdə ümumilikdə 144.337 şəxs qəbul edilib, onlara 225.364 xidmət göstərilib.

"PostMedia" xəbər verir ki, bu xidmətlərin 76,6 mini şifahi xidmət, 51,1 mini isə elektron xidmətlər olub. Elektron xidmətlərə bəyannamələrin və hesabatların hazırlanması və göndərilməsi kimi fəaliyyətlər daxil olub.

Ən çox tələbat olan 9 əsas xidmət isə ümumilikdə təqdim olunan xidmətlərin 90,2 %-ni təşkil edib. Bu xidmətlər sırasında "Asan İmza" sertifikatlarının verilməsi xüsusilə diqqətə çarpır. 2025-ci ilin ilk rübündə 75 488 müraciət əsasında 111 838 "Asan İmza" sertifikatı verilib.

Əlavə olaraq, vergi ödəyicilərinə aşağıdakı xidmətlər göstərilib:

Bəyannamələrin və cari vergi ödəmələrinin hesablanması barədə arayışların vergi orqanlarına təqdim edilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması və bərpası ilə bağlı xidmətlər;

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

Asan İmza sertifikatlarının verilməsi ilə əlaqəli xidmətlər;

Vergi ödəyicisinə arayışların verilməsi;

Fiziki şəxsin uçotdan çıxarılması ilə bağlı xidmətlər;

Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması xidmətləri;

Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi üzrə xidmətlər;

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması və uçotdan çıxarılması.

Hesabat dövründə 8,3 min yazılı müraciət cavablandırılıb, 5,4 milyon məlumatlandırma xarakterli bildiriş göndərilib. 1128 vergi ödəyicisinin iştirakı ilə 93 görüş keçirilib və 1184 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 525 min SMS göndərilib.

Kateqoriyalar