File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

AMB uçot dərəcəsini dəyişməyib

23-apr-2025
Admin
AMB uçot dərəcəsini dəyişməyib
Yazı Ölçüsü:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti, uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması qərarını verib.

"PostMedia" xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumatda faiz dəhlizinin aşağı həddinin 6,25%, yuxarı həddinin isə 8,25% olaraq qaldığı bildirilib.

"Bu qərar, faktiki və proqnozlaşdırılan inflyasiyanın 4±2% hədəfi ilə müqayisəsi, qlobal iqtisadi və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin analizi və pul siyasətinin real sektora ötürücülüyü nəzərə alınaraq qəbul edilib", - AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar iyunun 11-də ictimaiyyətə açıqlanacaq.

Kateqoriyalar