2025-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 11.380 şəxs qəbul edilib.
"PostMedia" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 14.966 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 % çoxdur.
Ümumi xidmətlərin 93 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Yanvar-mart aylarında vergi ödəyicilərinə 319.520 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 25 görüş keçirilib, 119 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 782 müraciət üzrə 1.326 Asan İmza sertifikatı verilib.