File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

Mədəniyyət Nazirliyi nöqsanların aradan qaldırılmasını gecikdirir - HESABLAMA PALATASI

26-apr-2025
Admin
Mədəniyyət Nazirliyi nöqsanların aradan qaldırılmasını gecikdirir - HESABLAMA PALATASI
Yazı Ölçüsü:

Hesablama Palatasının Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsində dövlət vəsaitlərinin və əmlaklarının istifadəsinə dair apardığı auditin nəticələri bəzi problemlərin hələ də həll olunmadığını göstərir.

"PostMedia" Palataya istinadən xəbər verir ki, 2022-2023-cü illərdə aşkarlanmış 6 nöqsanın aradan qaldırılması ləngiyir.

Təklif olunan həll yollarına isə aşağıdakılar daxildir:

  • Ödənişli kurslardan toplanan 47,251 manatın 18,410 manatının dövlət büdcəsinə qaytarılması.
  • Xəzər rayon Mərkəzi Kitabxana Sistemində işçilərə ödənilməmiş 12,046 manat əməkhaqqının gələcək dövrlərdə ödənilməsi.
  • Nizami adına Mədəniyyət Mərkəzində istifadəsiz nəqliyyat vasitəsinə ödənilən 4,357 manatın dövlət büdcəsinə qaytarılması.
  • Mədəniyyət Nazirliyinin əsasnamələrinin aktual tələblərə uyğun təsdiq olunması.
  • Ödənişli kurs və dərnəklərin fəaliyyətini tənzimləyən qaydaların yaradılması.
  • Büdcədənkənar vəsaitlərin qanunvericiliyə uyğun formalaşdırılması.

Palata bəyan edib ki, bu məsələlərin həlli üçün müvafiq tədbirlərin görülməsi zəruridir.

Kateqoriyalar