File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

Rusiya azərbaycanlı iş adamının layihəsinə etiraz etdi

23-may-2025
Nirag Əliyeva
Rusiya azərbaycanlı iş adamının layihəsinə etiraz etdi
Yazı Ölçüsü:

Azərbaycan şirkətinin Qara və Xəzər dənizlərini tunellə birləşdirmək layihəsinə Rusiya etiraz edib.

"PostMedia" TASS-a istonadən xəbər verir ki, Rusiya Federasiyasının Su Ehtiyatları üzrə Federal Agentliyi Qara və Xəzər dənizlərini yeraltı tunel vasitəsilə birləşdirmə layihəsini dəstəkləmir. Agentliyin rəhbəri Dmitri Kirillov bu barədə Sankt-Peterburqda keçirilən XI Nevski Beynəlxalq Ekoloji Konqresində məlumat verib: "KİV-lər Xəzər və Qara dənizləri Rusiyadan və ya Gürcüstandan keçən tunel vasitəsilə birləşdirmə təşəbbüsü barədə xəbər yayıb. Bu təklifi Azərbaycanın Zira beynəlxalq limanı və Adog şirkəti irəli sürüb".
Kirillovun sözlərinə görə, layihəyə əsasən, 10 metr diametrində yeraltı tunelin tikintisi nəzərdə tutulur və bu tunel vasitəsilə Qara dənizin suyu nasossuz - öz axını ilə Xəzərə yönələcək. “Bu texniki cəhətdən necə reallaşacaq? Bu layihəni kim və hansı vəsaitlə icra edəcək? Ekoloji tərəflərini demirəm belə”, – deyə Kirillov bildirib.
Qeyd edək ki, layihə, azərbaycanlı iş adamı və əməkdar mühəndis Musa Süleymanov tərəfindən irəli sürülüb. O, ADOG şirkəti və Zirə Beynəlxalq Limanı adından Xəzəryanı dövlətlərin rəhbərlərinə müraciət edərək, Xəzər dənizinin su səviyyəsinin azalmasının qarşısını almaq məqsədilə bu təşəbbüsü təqdim edib. Layihənin əsas məğzi, Qara dənizdən (Gürcüstan və ya Rusiya sahili) Xəzər dənizinə doğru böyük diametrli (10 metr) yeraltı tunelin tikilməsi olub. Bu tunel vasitəsilə Qara dənizin səviyyəsinin Xəzərdən yüksək olmasından istifadə edilərək, suyun təbii qravitasiya üsulu ilə Xəzərə axıdılması nəzərdə tutulub.

Kateqoriyalar