File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

Tramp Ukraynanın 50 milyard dollarlıq silah alma təklifini rədd edib - BİLD

16-apr-2025
Admin
Tramp Ukraynanın 50 milyard dollarlıq silah alma təklifini rədd edib - BİLD
Yazı Ölçüsü:
Tramp Ukraynaya silah tədarükündən, hətta pulla belə imtina edir.
"PostMedia" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, aprelin 9-da Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampla telefon danışığında Kiyevin 10 “Patriot” zenit-raket kompleksi almağa hazır olduğunu deyib. “Mən ona dedim: bizə heç olmasa 10 ‘Patriot’ verin. Biz bu paket üçün 30 milyard, hətta 50 milyard dollar tapmağa hazırıq”, – deyə Zelenski qeyd edib. Lakin o, Ukraynanın kəskin büdcə çatışmazlığı fonunda bu vəsaiti haradan tapacağına aydınlıq gətirməyib.
Aprelin 14-dü Tramp Zelenskinin sözlərini şərh edərək bildirib ki, Ukrayna daim ABŞ-dan raketlər istəyir. “Baxın, əgər siz müharibəyə başlayırsınızsa, onu uda biləcəyinizi bilməlisiniz, elə deyilmi? Sizdən 20 dəfə böyük birinə qarşı müharibəyə başlamamalısınız və ümid etməməlisiniz ki, kimsə sizə raket verəcək”, – deyə ABŞ Prezidenti əlavə edib.
Kateqoriyalar