2024-cü ildə Almaniyada 16-74 yaş arasında 2,8 milyon insan yaxud əhalinin təxminən 4%-i heç vaxt internetdən istifadə etməyib.
"PostMedia" "DW"yə istinadən xəbər verir ki, bu barədə Almaniya Federativ Statistika İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, bu Avropa üzrə müəyyən edilən orta statistik göstərici olan 5%-dən aşağıdır.
Almaniyada 65-74 yaş arası insanlar internetdən istifadə etməyənlər arasında ən böyük qrupdur. Yaş azaldıqca “oflayn”ların sayı da azalır. Bu, yaşla əlaqəli rəqəmsal fərqləri və texnologiyaya uyğunlaşmada nəsillərarası fərqləri göstərir.
Xorvatiya və Yunanıstanda bu göstərici müvafiq olaraq 14% və 11%-dir.
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) məlumatına görə, ötən il dünya əhalisinin təxminən 32%-i internet istifadə etməyib.