File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

HiTech

Çin "Şençjou-20" gəmisini kosmik stansiyasına göndərib

24-apr-2025
Admin
Çin "Şençjou-20" gəmisini kosmik stansiyasına göndərib
Yazı Ölçüsü:
Çin Xalq Respublikasının Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsi (CMSA) bu gün “Şençjou-20” kosmik gəmisinin üç taykonavtla birlikdə buraxılışını həyata keçirib.
"PostMedia" xəbər verir ki, Şimali Çində yerləşən Ciuçüan kosmodromundan baş tutan buraxılışın birbaşa yayımını Çin Mərkəzi Televiziyası təqdim edib.
"Tiangong" (Səmavi Saray) stansiyasına ekipajın çatdırılmasını iki mərhələli, maye yanacaqla işləyən "Çanqçjen-2F/G" (CZ-2F/G) raketdaşıyıcısı təmin edib. Bu buraxılış, Çində qeyd olunan Kosmonavtika Günü – 24 aprel tarixində, Pekin vaxtı ilə saat 17:17-də (Bakı vaxtı ilə saat 13:17-də) baş tutub.
Bu dəfə stansiyaya aşağıdakı taykonavtlar göndərilib:
Çin Xalq Azadlıq Ordusunun baş polkovniki Çen Dun (ekipaj komandiri, 1978-ci il təvəllüdlü)
Hərbi Hava Qüvvələrinin polkovniki Çen Cunçjuy (pilot, 1984-cü il təvəllüdlü)
Polkovnik Van Tsye (mühəndis, 1989-cu il təvəllüdlü)
Taykonavtlar orbitdə oktyabr ayının ikinci yarısına qədər fəaliyyət göstərəcəklər. Komandir üçün bu üçüncü kosmik uçuşdur — o, daha əvvəl “Şençjou-11” (2016) və “Şençjou-14” (2022) missiyalarında iştirak etmişdi. Digər iki ekipaj üzvü ilk dəfədir ki, kosmosa gedir.
Altı ay ərzində taykonavtlar aşağıdakı işləri həyata keçirəcəklər:
Stansiyanın texniki xidməti
Açıq kosmosa çıxışlar
Elmi eksperimentlər: zolaqlı balıqlar (zebrafiş), planariyalar (yastı qurdlar) və streptomisit bakteriyaları ilə arici avadanlığın və kosmik tullantılardan müdafiə sisteminin quraşdırılması.
CMSA rəhbərinin müavini Lin Sitsyanın əvvəlki açıqlamasına əsasən, “Şençjou-20” gəmisinin stansiyanın əsas modulu ilə təxminən 6,5 saat sonra birləşməsi gözlənilir. Ekipajın rotasiyasından sonra “Şençjou-19” missiyasının heyəti aprelin 29-da Yerə qayıdacaq.
Çin kosmik stansiyası təxminən 400 km hündürlükdə yerləşir və 10 ildən çox fəaliyyət göstərməsi planlaşdırılır. O, daimi olaraq 3 nəfərlik, qısa müddətlik isə 6 nəfərlik ekipajı qəbul edə bilir. T formalı bu kompleksin çəkisi 66 ton, iç həcmi isə 110 kubmetrdir. Üç birləşmə qovşağı və açıq kosmosa çıxış üçün hava kilidi olan bu stansiya 2022-ci ildən tam fəaliyyət göstərir və beynəlxalq layihələrdə iştirak edir.
Kateqoriyalar