File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

HiTech

"Google" "Mən şanslıya" düymənsini "Süni İntellekt Modu" ilə əvəz edir

15-may-2025
Admin
"Google" "Mən şanslıya" düymənsini "Süni İntellekt Modu" ilə əvəz edir
Yazı Ölçüsü:

Google “Mən şanslıyam” düyməsini “AI Mode” ilə əvəz etməyi test edir.

"PostMedia" xəbər verir ki, bu dəyişiklik barədə ilk məlumatı verən "The Verge" nəşrinə şirkət sözçüsü təsdiqləyib.
Şirkət sözçüsü deyib ki, "Google", bu ilin may ayında istifadəyə verdiyi eksperimental süni intellekt əsaslı axtarış funksiyası olan “AI Mode”un, axtarış çubuğunun altındakı uzun müddətdir mövcud olan “Mən şanslıyam” (“I’m Feeling Lucky”) düyməsini əvəz etdiyi yenilənmiş Axtarış ana səhifəsini test edir.

Funksiyanın testləri artıq "Google"un eksperimental “Labs” mühitində bəzi istifadəçilərə təqdim olunmağa başlanıb. Lakin bu yeniliyin ictimai şəkildə istifadəyə verilib-verilməyəcəyi hələ məlum deyil.

Testlər, "Google"un süni intellekt əsaslı axtarış imkanları ilə bağlı bir sıra böyük yenilikləri elan edəcəyi gözlənilən Google I/O tədbirindən cəmi bir həftə əvvəl başlayıb.

"Google" nadir hallarda axtarış sisteminin ana səhifəsində dəyişikliklər edir, lakin indi bunu etməyə məcbur hiss edə bilər.

Keçən həftə bir "Apple" rəhbəri məhkəmədə verdiyi ifadədə bildirmişdi ki, ötən ay "Safari"də "Google2 axtarışlarının sayı ilk dəfə olaraq azalıb və bu azalmanın səbəbi kimi "ChatGPT" kimi süni intellekt alətlərinin yüksəlişini göstərib.

Kateqoriyalar