File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Məhkəmə

"TikTok" istifadəçi məlumatlarını Çinə ötürdüyü üçün 1 milyard manat cərimələnib

02-may-2025
Admin
"TikTok" istifadəçi məlumatlarını Çinə ötürdüyü üçün 1 milyard manat cərimələnib
Yazı Ölçüsü:
"TikTok"a Avropa İstifadəçi Məlumatlarını Çinə Qanunsuz Göndərdiyinə görə 530 milyon avro cərimə kəsilib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) "TikTok" sosial şəbəkəsini Avropa İttifaqının məlumatların qorunması qaydalarını pozmaqda ittiham edərək şirkətə 530 milyon avro (1,019 milyard manat) cərimə tətbiq edib. Cərimənin səbəbi Avropa İttifaqı istifadəçilərinin şəxsi məlumatlarının Çinə qanunsuz şəkildə ötürülməsi və bu barədə istifadəçilərə lazımi şəffaflığın təmin olunmamasıdır.
İrlandiyadakı nizamlayıcı qurum bildirib ki, "TikTok" 2020–2022-ci illər ərzində istifadəçiləri məlumatlarının Çinə göndərildiyi barədə məlumatlandırmayıb və bu isə Avropa qanunvericiliyinə ziddir. "TikTok" 2022-ci ildən sonra məxfilik siyasətini yeniləyərək bu boşluqları aradan qaldırdığını desə də, DPC şirkətin keçmiş praktikasını ciddi pozuntu kimi qiymətləndirib.
Qurum vurğulayıb ki, "TikTok" Çin hökumətinin məlumatlara giriş imkanları ilə bağlı təhlükələri yetərincə qiymətləndirməyib və bu, Avropa İttifaqı standartları ilə uyğun gəlmir. Qeyd olunub ki, Çin qanunları dövlətin şirkətlərdən istənilən məlumatı tələb etməsinə geniş səlahiyyət verir.
"TikTok"un öz məlumatına əsasən, bu ilin əvvəlində Avropa İqtisadi Zonası istifadəçilərinə aid bəzi məlumatların təsadüfən Çində saxlandığı məlum olub. Şirkət bu məlumatların artıq silindiyini bildirsə də, İrlandiya tənzimləyicisi məsələyə ciddi yanaşdığını və əlavə addımlar atıla biləcəyini açıqlayıb.
"TikTok"un bu pozuntulara görə ümumilikdə 530 milyon avro cərimələndiyi bildirilir. Həmin vəsaitin 485 milyon avroluq hissəsi məlumatların Çinə ötürülməsi, 45 milyon avroluq hissəsi isə şəffaflığın təmin olunmamasına görə müəyyənləşib.
Bu, Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydalarının (GDPR) pozulmasına görə tətbiq edilmiş üçüncü ən böyük cərimədir.
"TikTok" məsələ ilə bağlı verdiyi açıqlamada qərarı tam şəkildə apellyasiya edəcəyini bildirib. Şirkətin Avropa üzrə ictimai siyasət və hökumətlə əlaqələr rəhbəri Kristin Qran qeyd edib ki, "TikTok" heç vaxt Çin hökumətindən Avropa istifadəçi məlumatları ilə bağlı sorğu almayıb və bu məlumatları təqdim etməyib.
Kristin Qran əlavə edib ki, “Project Clover” çərçivəsində Avropada məlumatların yerli şəkildə saxlanması üçün 12 milyard avro sərmayə yatırıldığını və "TikTok"un məlumat təhlükəsizliyi sahəsində mühüm addımlar atdığını xatırladıb. Lakin İrlandiya tənzimləyicisi bu təşəbbüsləri kifayət hesab etməyib.
"TikTok"un altı ay müddətində məlumat emalı praktikasını Aİ qaydalarına uyğunlaşdırması və ya məlumat ötürülməsini tam dayandırması tələb olunub.
Kateqoriyalar