Pasxa - İsa Məsihin dirilməsi şərəfinə keçirilən xristian bayramıdır.
Pasxa (İşıqlı Məsihin Dirilməsi) — həyatın ölüm üzərində qələbəsini simvolizə edən ən qədim xristian bayramlarından biridir.
Hər il aprel ayında qeyd edilən bayram bəs bu il nə vaxt qeyd olunur?!
Pasxa — dəyişkən tarixli bir bayramdır, hər il müxtəlif vaxtlarda qeyd olunur və tarixi xüsusi hesablamalara — pasxaliya metodikasına əsasən müəyyən edilir. İsa Məsihin Dirilməsi gününün hansı tarixə düşməsindən asılı olaraq onunla bağlı digər xristian bayramlarının tarixləri də dəyişir.
Rus Pravoslav Kilsəsi əsas qaydalara riayət edir:
1. Pasxa yəhudi Pesax bayramından əvvəl olmamalıdır;
2. bu gün mütləq ayın dolduğu vaxta təsadüf etməlidir, çünki İncilə görə, İsa çarmıxa çəkiləndə günəş tutulmuşdu;
3. həftənin yalnız bazar gününə düşməlidir.
2025-ci ildə bu bütün şərtlərə cavab verən tarix — 20 apreldir.
Nadir hallarda olduğu kimi, həmin gün Pasxa həm pravoslavlar, həm də katoliklər və əksər protestantlar tərəfindən birlikdə qeyd olunacaq. Yəhudilər isə Pesax bayramını daha əvvəl — 12 aprel axşamından 19 aprel gecəsinə qədər qeyd edəcəklər.