File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maraqlı

Ulduzların musiqi ifa etdiyi kəşf edilib

15-apr-2025
Admin
Ulduzların musiqi ifa etdiyi kəşf edilib
Yazı Ölçüsü:

Avstraliyanın Yeni Cənubi Uels Universitetinin (UNSW) alimləri ulduzların musiqi alətləri kimi titrədiyini və öz "səslərini" yaydıqlarını müəyyən ediblər.

"PostMedia" xəbər verir ki, NASA-nın "Kepler K2" teleskopundan əldə edilən məlumatlar əsasında 4 milyard yaşlı 27 ulduzdan ibarət "M67" ulduz toplusu analiz edilib.

Araşdırma nəticəsində məlum olub ki, bu səslər ulduzların yaşı, kütləsi, temperaturu və təkamül mərhələləri barədə ətraflı məlumat verir. Professor Klaudiya Reyes ulduzların fərqli notalar kimi müxtəlif tezliklər yaydığını və bu səslərin hər ulduza məxsus "barmaq izi" olduğunu bildirib.

Reyes bu tezliklərin kəşfini gözlənilməz və maraqlı adlandıraraq, arxiv məlumatların da bu baxımdan yenidən incələnə biləcəyini deyib. Professo Dennis Stello isə bu titrəyişlərin ulduzların daxili quruluşunu daha dəqiq modelləşdirməyə imkan yaratdığını bildirib.

Alimlər bu kəşfin təkcə ulduzların deyil, bütövlükdə qalaktikaların formalaşması və təkamülü barədə də mühüm ipucları verə biləcəyini vurğulayıblar.

Kateqoriyalar