Ağ ev ABŞ Prezidenti Donald Trampın 100 gündə yüzlərlə vədini yerinə yetiridiyini bildirib.
"Trampın ilk 100 günü şübhəsiz ki, ABŞ tarixində bütün administrasiyalar arasında ən monumental və tarixi olub. Prezident Tramp artıq yüzlərlərlə vədi yerinə yetirib",
"PostMedia" xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Karolin Levitt bildirib.
O əlavə edib ki, Tramp çərşənbə axşamı Miçiqanda, inaqurasiyadan sonra ilk dəfə mitinq keçirəcək, çərşənbə günü isə kabinet üzvləri ilə görüşəcək və əldə olunan nailiyyətləri, gələcək hədəfləri müzakirə edəcək.
Qeyd edək ki, ilk dəfə prezidentlikdə 100 gün ərzində görülən işlər barədə xalqa Franklin Ruzvelt 1933-cü ildə hesabat verib. O, bu addımı atmaqla sələfi Herbert Huverdən və "Böyük Depressiya"nın ağır mərhələsindən teatrallıqla uzaqlaşmaq istəyib. Bu səbəbdən Ruzvelt effektivliyin nümunəsi sayılır: o, ilk 100 günündə bank tətili elan edərək iqtisadiyyata dəstək tədbirləri həyata keçirib və "quru qanun"u (spirtli içkilərin qadağası) ləğv edib.
Baxmayaraq ki, bu səviyyəyə çatmaq çətindir, Tramp yeni bir səviyyə müəyyənləşdirib: o, inaqurasiyadan dərhal sonra, ilk 100 saatda rekord sayda fərman imzalayıb. Respublikaçı prezident, 30 aprel tarixində 100 günü tamam olmamışdan əvvəl, özünü "Amerika tarixində ən uğurlu 100 günə malik prezident" adlandırmışdı.