File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Rəsmi xəbərlər

Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah İlham Əliyevi təbrik edib

09-apr-2025
Admin
Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah İlham Əliyevi təbrik edib
Yazı Ölçüsü:

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Prezident İlham Əliyevi təbrik edib.

"PostMedia" xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə cansağlığı, uzun ömür və uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Uca Allahdan Azərbaycan Respublikasına və dost xalqınıza davamlı inkişaf, tərəqqi, firavanlıq, İslam ümmətinə və bütün bəşəriyyətə xeyir-bərəkət diləyirəm.

Hörmətlə,

Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah

Küveyt Dövlətinin Vəliəhdi

Kateqoriyalar