Azərbaycan Xarici İşlər Nazirliyi 28 May - Müstəqillik Günü münasibəti ilə paylaşımlar edib.
”PostMedia” xəbər verir ki, paylaşımda bu sözlər yer alıb:
“Bu gün Azərbaycanın qədim dövlətçilik ənənələri tarixində mühüm yer tutan, dövrünün və coğrafiyasının ən mütərəqqi dövlətlərindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından 107 il ötür.
28 May - Müstəqillik Günü kimi qeyd olunan bu əlamətdar tarix münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ilk Respublikamızın varisi olan müstəqil dövlətçiliyimizə - Azərbaycan Respublikasına davamlı inkişaf, sülh, sabitlik və firavanlıq arzu edirik.
Müstəqillik Günümüz Mübarək!”
Bu gün #Azərbaycan|ın qədim dövlətçilik ənənələri tarixində mühüm yer tutan, dövrünün və coğrafiyasının ən mütərəqqi dövlətlərindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından 107 il ötür.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 28, 2025
28 May - Müstəqillik Günü kimi qeyd olunan bu əlamətdar tarix… pic.twitter.com/C5qUmSYyMp
Müstəqillik Günün mübarək, Azərbaycan!🇦🇿🇦🇿🇦🇿
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 28, 2025
Happy Independence Day, Azerbaijan! 🇦🇿🇦🇿🇦🇿 pic.twitter.com/J9EBPfrymM