Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov ölkəsinə səfər gələn Rusiya xarici işlər Sergey Lavrovla görüşməyə hazırlaışır.
"PostMedia" xəbər verir ki, Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Səmərqəndə gəlməsi münasibətilə danışıqlar aparmağı planlaşdırdıqlarını bildirib.
“Səmərqənddə Rusiya xarici işlər naziri Sergey Lavrovu salamlamaqdan məmnunuq. İkitərəfli və çoxtərəfli gündəmin geniş hissəsini əhatə edən məzmunlu və konkret danışıqlar aparmağı planlaşdırırıq. Özbəkistan və Rusiya arasında hərtərəfli əməkdaşlığın xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəyinə ümid edirik,” – deyə o, öz "Telegram" kanalında yazıb.