File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Pezeşkiyan Xameneyidən ABŞ ilə danışıqlarda mövqeyini yumşaltmağı xahiş edib

11-apr-2025
Admin
Pezeşkiyan Xameneyidən ABŞ ilə danışıqlarda mövqeyini yumşaltmağı xahiş edib
Yazı Ölçüsü:

İran prezidenti Məsud Pəzəşkiyan ölkənin ali lideri Ayətullah Əli Xameneyi ilə yüksək rütbəli rəsmilərin iştirakı ilə keçirilən müşavirə zamanı ondan ABŞ-la danışıqlar mövzusunda mövqeyini yumşaltmağı xahiş edib.

"PostMedia" xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Nəşr yazır ki, bir neçə saat davam edən görüşdən sonra Xomeneyi prezidentin istəyini nəzərə alıb və Tehran ilə Vaşinqton arasında ilkin olaraq vasitəçilərlə, nəticə İran tərəfini qane etsə daha sonra isə birbaşa danışıqlara razılıq verib.

Bununla yanaşı, Xamaneyi danışıqlar üçün bir neçə şərt də irəli sürüb.

O, xüsusilə Tehranın nüvə proqramının, o cümlədən monitorinq mexanizmləri ideyasının müzakirəsinə icazə versə də, İranın raket proqramının ölkənin müdafiə sisteminin bir hissəsi olduğunu və müzakirə mövzusu olmadığını bildirib.
Aprelin 12-də Oman Sultanlığının paytaxtı Maskatda İran və ABŞ nümayəndə heyətləri arasında ilk məsləhətləşmə raundu keçiriləcək.

Əsas danışıqları İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aparacaqlar.

İran tərəfinin açıqlamasına görə, danışıqlar birbaşa deyil, Maskat vasitəçiliyi ilə aparılacaq. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus isə bu tədbiri “danışıqlar” deyil, “görüş” kimi xarakterizə etdiklərini bildirib.

Kateqoriyalar