File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

İranın xarici işlər naziri sabah Moskvaya rəsmi səfər edəcək

16-apr-2025
Admin
İranın xarici işlər naziri sabah Moskvaya rəsmi səfər edəcək
Yazı Ölçüsü:
İranın xarici işlər naziri Abbas Əraqçi aperlin 17-də Rusiyaya rəsmi səfər edəcək.
"PostMedia" xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Calali məlumat verib.
“O, İran və Rusiya arasında yüksək səviyyəli əlaqələrin davamı olaraq sabah Moskvaya səfər edəcək və Rusiya rəhbərliyinin yüksək vəzifəli şəxsləri ilə məsləhətləşmələr aparacaq”, – deyə səfir X sosial şəbəkəsində yazıb.
Səfirin sözlərinə görə, onun gündəliyinə “ikitərəfli münasibətlərin inkişafı, regional əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət” daxildir.
Əvvəllər Araqçi bəyan etmişdi ki, Rusiyaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə İranın ali rəhbəri Əli Xameneyinin məktubunu təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, aprelin 14-də İran Xarici İşlər Nazirliyi səfərin planlaşdırıldığını açıqlamış və bu səfər çərçivəsində Tehran ilə Vaşinqton arasında Oman vasitəsilə aparılan danışıqların müzakirə ediləcəyini bildirmişdi.
Kateqoriyalar