File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Qəzzaya humanitar yardım daşıyan gəmi dronların hücuma məruz qalıb

02-may-2025
Admin
Qəzzaya humanitar yardım daşıyan gəmi dronların hücuma məruz qalıb
Yazı Ölçüsü:

30 beynəlxalq insan haqları fəalının olduğu Qəzzaya humanitr yrdım daşıyn gəmi hazırda batmaq üzrədir.

"PostMedia" Reuters agentliyinə istinadən xəbər verir ki, Qəzzaya doğru hərəkət edən, humanitar yardım daşıyan və 30 nəfər fəalın olduğu gəmi səhər tezdən Maltanın beynəlxalq sularında dron hücumuna məruz qalıb.

Bu barədə Azadlıq Flotiliyası Koalisiyası məlumat verib. Qurum hücum zamanı gəmilərindən birində baş verən yanğını göstərən video görüntüləri paylaşsa da, hücumun arxasında kimin durduğunu qeyd etməyib.

Yaralananların olub-olmaması barədə də ilkin məlumat verilməyib. QHT sosial şəbəkədəki paylaşımında bildirib:

“Dron hücumu xüsusi olaraq gəminin generatorunu hədəf alıb və hazırda gövdəsi zədələnmiş gəmi batma riski altındadır. Gəmidə 30 beynəlxalq insan haqları fəalı var”.

Hadisə baş verəndə gəmi Maltanın 17 dəniz mili (31,5 km) şərqində yerləşirdi. Gəmidən SOS siqnalı göndərilib və bu siqnala Kipr cavab verərək xilasetmə gəmisi yola salıb.



Kateqoriyalar