Ermənistanda müxalifət Nikol Paşinyanın vəzifədən kənarlaşdırılmağa hazır olduğunu açıqlayıb.
"PostMedia" Tass informasiya agentliyinə istinadən xəbər verir ki, Ermənistan parlamentində ikinci ən böyük müxalifət fraksiyası olan "Şərəfim var" fraksiyası baş nazir Nikol Paşinyana qarşı təşəbbüsə qoşulmağa hazır olduğunu bildirib. Fraksiya rəhbəri Hayk Mamicanyan qeyd edib ki, onların baş nazir postuna namizədi yoxdur.
Vəzfədən uzaqlaşdırma təşəbbüsü “Ayıqıq” vətəndaş hərəkatından irəli gəlib və parlament gündəminə salınması üçün azı 36 deputatın imzası tələb olunur. Müxalifət liderlərindən biri olan “Ermənistan” (Hayastan) fraksiyası 28 imzanı verməyə hazırdır, lakin əlavə 8 imzanı təşəbbüsçülərin toplamasını və prosesə tam məsuliyyətlə yanaşmalarını tələb edir.
Hər iki müxalif fraksiyanın ümumilikdə 34 deputatı var. İmpiçmentin təsdiqlənməsi üçün isə parlamentdə azı 54 səs lazımdır. Hazırda Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə 107 yerdən 69-na sahibdir.