"PostMedia" TASS-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Moskvaya yola düşüb. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Paşinyanın Moskvaya səfəri ilə bağlı razılıq əldə olunub. Onun sözlərinə görə, səfər zamanı digər ölkələrin liderləri ilə ikitərəfli görüşlər planlaşdırılmır, çünki qrafiki çox sıxdır.