File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Ərdoğan Trampla telefon danışığında Ukrayna, İran və Qəzza məsələlərini müzakirə edib

05-may-2025
Admin
Ərdoğan Trampla telefon danışığında Ukrayna, İran və Qəzza məsələlərini müzakirə edib
Yazı Ölçüsü:
"PostMedia" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Danışıqlar zamanı Ukraynadakı vəziyyətin tənzimlənməsi, İranla danışıqlar və Qəzza zolağındakı vəziyyət gündəmdə olub. Ərdoğan Ukrayna ilə bağlı Trampın yanaşmasını dəstəklədiyini bildirib.
"Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. O, ABŞ Prezidentinin müharibələrin dayandırılması istiqamətindəki yanaşmasını dəstəklədiyini bildirib və İranla aparılan danışıqları, eləcə də Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Trampın göstərdiyi səyləri yüksək qiymətləndirib. Ərdoğan söhbət zamanı qeyd edib ki, Qəzza zolağında humanitar böhran ciddi səviyyəyə çatıb, humanitar yardım fasiləsiz şəkildə bölgəyə çatdırılmalıdır və bu humanitar faciəyə son qoyulmalıdır", – deyə Türkiyə Prezident Aparatının açıqlamasında bildirilir.
Ərdoğan, həmçinin Trampa bildirib ki, Türkiyə atəşkəsin bərpası və bölgədə davamlı sülhün təmin edilməsi üçün əməkdaşlıq etməyə və hər cür dəstəyi göstərməyə hazırdır.
Prezidentlər Suriyadakı vəziyyəti də müzakirə ediblər. Ərdoğan bu kontekstdə qeyd edib ki, ABŞ-ın Suriyaya tətbiq olunan sanksiyaların yumşaldılması ilə bağlı səyləri bu ölkənin ərazi bütövlüyünün və sabitliyinin qorunmasına töhfə verəcək.
Söhbət zamanı Ərdoğan ABŞ Prezidentini Türkiyəyə səfərə dəvət edib.
Tərəflər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri də müzakirə ediblər. Prezidentin Aparatının məlumatında qeyd olunur ki, Ərdoğan, xüsusilə müdafiə sənayesi sahəsində olmaqla, ABŞ ilə bir çox sahədə əməkdaşlığın inkişafı istiqamətində addımlar atmağa davam edəcəklərini bildirib.
Kateqoriyalar