Tükiyədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
"PostMedia" Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş Prezident sarayında baş tutub.
Sarayın qarşısında foto çəkdirən liderlər müzakirələri mediaya qapalı şəkildə davam etdiriblər.
Mətbuata qapalı keçirilən görüşdə milli müdafiə naziri Yaşar Gülər, MİT direktoru İbrahim Kalın və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
Prezident Ərdoğan və Zelenski arasında baş tutacaq ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında iş yeməyi veriləcək.
Ərdoğanın Zelenski ilə görüşündə Rusiya-Ukrayna müharibəsi kontekstində baş verən son hadisələrin bütün aspektlərinin müzakirə ediləcəyi gözlənilir.
Səfər çərçivəsində keçiriləcək ikitərəfli və geniş tərkibliı danışıqlarda prezident Ərdoğanın Türkiyənin atəşkəs və sülh danışıqlarına gecikmədən başlamaq üçün yanaşmasını vurğulayacağı gözlənilir.