File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Zelenski ABŞ-nin Rusiyaya münasibətini tənqid edib

14-apr-2025
Admin
Zelenski ABŞ-nin Rusiyaya münasibətini tənqid edib
Yazı Ölçüsü:
Amerika Rusiya ilə "səmimi dialoq" aparır və bu, Ukraynanın maraqlarına ziddir.
"PostMedia" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "CBS"ə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Kiyevə dəstək məsələsində müştərək mövqeyi yoxdur.
“Güclü ölkənin güclü prezidenti Ukraynanın tərəfində olmalıdır. Mən hesab etmirəm ki, Amerika neytral mövqe tutmalıdır. Ancaq vəziyyət elə bir həddə çatıb ki, biz artıq hiss edirik – Amerika ruslarla Ukraynadakından daha səmimi danışır. Məncə, bu düzgün deyil,” – deyə Zelenski bildirib.
O, hesab edir ki, Amerikada ruslarla münasibətlər qurmaqda maraqlı olan insanlar var, ona görə də onun fikrincə, Ukraynanı dəstəkləməkdə “müştərək mövqe” yoxdur. Bundan əlavə, Zelenski qeyd edib ki, Birləşmiş Ştatlar əvvəllər “çox ağrılı olacağını” bilə-bilə Ukrayna ilə yardım və kəşfiyyat mübadiləsini dayandırıb. "Mənim sualım var ki, ABŞ ruslara nə edib...? Bizi blokladılar, sonra təklif etdilər. Ruslara da təklif etdilər və heç nəyə mane olmadılar. Biz deyirik: "güc yolu ilə sülh" bir istiqamətdə işləyir, ancaq bizə", - deyə o, gileylənib.
Kateqoriyalar