Brüssel Gürcüstanla münasibətlərdə ikili standartlarla hərəkət edir. Avropa İttifaqı ədalətli olmalıdır.
"PostMedia" xəbərverir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto Antalyadakı Diplomatik Forum çərçivəsində gürcü jurnalistlərə bildirib.
“Brüsselin Tiflisə münasibəti xoşumuza gəlmir. Biz istəyirik ki, Avropa İttifaqı ədalətli şəkildə, ikili standartlar olmadan hərəkət etsin”, – deyə Siyyarto bildirib.
O, ümidvar olduğunu bildirib ki, ABŞ-da Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra beynəlxalq siyasət qarşılıqlı hörmət və praqmatizmə qayıdacaq. “İndi, prezident Tramp yenidən vəzifəyə qayıtdıqdan sonra düşünürəm ki, beynəlxalq siyasət qarşılıqlı hörmətə, daha çox rasionalizmə və praqmatizmə, daha az ideologiyaya və digər ölkələrin daxili işlərinə qarışmaya yönələcək”, – deyə o əlavə edib.
Siyyarto ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanmasını məmnunluqla qarşılayıb. “Bu, digər ölkələrin daxili işlərinə müdaxilə edən təşkilatların maliyyələşməsini əhəmiyyətli dərəcədə azaldacaq”, – deyə Macarıstanın xarici işlər naziri qeyd edib.