File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

Türkiyə Qəzza ilə bağlı yayılan məlumatları təkzib edib

14-apr-2025
Admin
Türkiyə Qəzza ilə bağlı yayılan məlumatları təkzib edib
Yazı Ölçüsü:

Türkiyənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bəzi yerli KİV-lərdə yayılan "Qəzza zolağı sakinlərinin 10 milyard dollar müqabilində başqa yerə köçürülməsi ilə bağlı planların mövcud olduğu" barədə xəbərləri təkzib edib.
"PostMedia" xəbər verir ki, “Sosial şəbəkələrdə yayılan və bir sıra KİV-lər tərəfindən tirajlanan, Qəzza sakinlərinin köçürülməsinə hazırlıq görüldüyünə dair iddialar həqiqəti əks etdirmir. "Fələstin xalqının işğala qarşı ədalətli mübarizəsini dəstəkləyən bir ölkə olaraq Türkiyənin, Qəzza sakinlərinin evlərindən köçürülməsi ilə bağlı hər hansı bir planın iştirakçısı olması əsla mümkün deyil”, – deyə mərkəzin açıqlamasında bildirilir.
Son günlərdə tez-tez səslənən “Türkiyənin fələstinliləri Qəzzadan Suriyaya və ya Türkiyəyə köçürmək planı üzərində çalışdığı” iddiaları da dezinformasiya kampaniyasının nəticəsi kimi qiymətləndirilir.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə ABŞ-ın yeni administrasiyası tərəfindən irəli sürülən Qəzza sakinlərinin köçürülməsi planlarını qəbuledilməz adlandırmışdı. Onun sözlərinə görə, Ankara buna imkan verməyəcək.
Qeud edək ki, fevralın 4-də ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Vaşinqtonun Qəzza zolağına uzunmüddətli nəzarət məsələsini nəzərdən keçirdiyini və bu bölgənin Yaxın Şərqdə sülh naminə inkişaf etdirilməsinin vacibliyini bildirmişdi. O, fələstinlilərin Qəzzadan regiondakı digər ölkələrə köçürülməsi fikrini dəstəkləmişdi. Ərəb ölkələri, İran və bəzi Qərb dövlətləri bu ideyaya qarşı çıxmış, Misir və İordaniya isə fələstinlilərin köçürülməsini nəzərdə tutmayan alternativ Qəzza yenidənqurma planı hazırladıqlarını bəyan etmişdilər.

Kateqoriyalar