Amerikalı sahibkar və milyarder İlon Mask hesab edir ki, müasir Çinin qarşısında duran ən böyük problem demoqrafik böhrandır.
"PostMedia" xəbər verir ki, o, bu fikri bugün öz sosial şəbəkəsi X-də paylaşıb.
"Uzunmüddətli perspektivdə demoqrafik çöküş Çinin ən böyük problemidir. Bu, Yer üzündə demək olar ki, hər bir ölkəyə aiddir," — deyə Mask yazıb.
Bundan əvvəl milyarder demoqrafiya ilə bağlı problemləri "mövcudluq üçün təhlükə" adlandırmışdı. Onun bu açıqlaması Çində əhalinin azalmasının davam etməsi ilə bağlı paylaşılan bir posta cavab olaraq verilib.