File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

Paşinyan Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib

24-apr-2025
Admin
Paşinyan Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib
Yazı Ölçüsü:
Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan qeyd edib ki, baş nazir belə hərəkətləri təxribat xarakterli və təhrikedici hesab edir.
"PostMedia" xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda keçirilən məşəlli yürüş zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılması aktlarını pisləyib və bunu təxribat adlandırıb. Bu barədə dövlət agentliyi "Armenpress"ə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.
"Baş nazir Paşinyan bu cür təcrübəni məsuliyyətsiz və yolverilməz hesab edir. Beynəlxalq səviyyədə tanınan dövlətlərin, xüsusilə qonşu ölkələrin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və təhrikedici bir hərəkətdir," – deyə Bağdasaryan bildirib.
Ermənistanda ənənəyə çevrilmiş məşəlli yürüşü "Daşnaksutyun" partiyası hər il 23 apreldə təşkil edir. Yürüş zamanı təşkilatçılar Türkiyə və Azərbaycan bayraqlarını yandırırlar.
Kateqoriyalar