İsrail ordusunun (CAXAL) nümayəndəsi bildirib ki, Səna şəhərinin hava limanı ərazisində yaşayan sakinlər dərhal bu ərazidən təxliyə olunmalıdır.
"PostMedia"nın məlumatına görə bu xəbərdarlığı "The Times of Israel", "The New Arab", "Roya News" və digər xəbər portalları yayımlayıb.
Qeyd edək ki, xəbərdarlıq Husi hərəkatının İsrailin Ben Qurion Beynəlxalq Hava Limanına raket hücumu həyata keçirməsindən sonra İsrailin Yəməndəki Husi mövqelərinə cavab zərbələri endirməsi fonunda baş verir.