İspaniyada elektrik enerjisinin veriliş 87%-dən çox bərpa edilib.
"PostMedia" xəbər verir ki, Pirene yarımadasında elektrik enerjisinin veriliş gücünün 87%-dən çoxu bərpa olunub.
Bu barədə aprelin 29-da İspaniyanın elektrik şəbəkəsinin operatoru Red Eléctrica sosial şəbəkə X-də məlumat verib.
“Yarımadada tələbatın 87,37%-i bərpa edilib”, — deyə bəyanatda bildirilir.
Həmçinin qeyd olunub ki, hazırda ötürücü şəbəkənin bütün yarımstansiyaları enerjiyə qoşulub. Mütəxəssislər elektrik kəsintisinin nəticələrinin aradan qaldırılması üzrə işləri davam etdirirlər.