File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

Britaniyada ABŞ-nin təzyiqi ilə Çinlə əlaqələrin kəsilməsi xəbəri təkzib edilib

17-apr-2025
Admin
Britaniyada ABŞ-nin təzyiqi ilə Çinlə əlaqələrin kəsilməsi xəbəri təkzib edilib
Yazı Ölçüsü:
Böyük Britaniya ABŞ-nin Çin Xalq Respublikasını iqtisadi təcridə salmaq cəhdlərinə baxmayaraq, bu ölkə ilə ticarət münasibətlərini davam etdirəcək. "PostMedia" xəbər verir ki, bu barədə Britaniyanın "The i Paper" qəzeti Birləşmiş Krallıq hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
"Britaniya, ABŞ-ın ticarət və tarif danışıqlarından hökumətə təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərməsinə qarşı çıxacaq", – deyə nəşrdə qeyd olunub.
Mənbə bildirib ki, Britaniyanın Çinlə bağlı yanaşması və mövqeyi aydındır. O, həmçinin ABŞ-la danışıqların Böyük Britaniya–Çin münasibətləri ilə qarışdırılmamalı olduğunu vurğulayıb.
Bundan əvvəl bildirilmişdi ki, ABŞ 70-dən çox ölkəyə Çinlə ticarət əlaqələrini məhdudlaşdırmaq müqabilində gömrük rüsumlarını azaltmağı təklif edəcək.
9 aprel tarixində ABŞ Prezidenti Donald Tramp bəzi ölkələr üçün əvvəl tətbiq olunmuş gömrük rüsumlarının 90 gün müddətinə dayandırıldığını bəyan edib. O, eyni zamanda, Çindən idxal edilən mallara rüsumların dərhal 125%-ə qaldırılacağını elan etmişdi. 10 aprel tarixində isə bu göstərici 145%-ə çatdırılmışdı.
Kateqoriyalar