Çin ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumlarına qarşı mübarizə aparmaq məqsədilə Avropa, Cənubi Koreya və Yaponiya ilə birləşməyə çalışır.
"PostMedia" xəbər verir ki, bu barədə Reuters agentliyi adları açıqlanmayan Çin və ABŞ rəsmilərinə, diplomatlara və tədqiqatçılara istinadla məlumat yayıb.
“Pekin diplomatları Trampın rüsumlarının hədəfi olan digər hökumətlərlə əməkdaşlıq qurmaq üçün əlaqə saxlayıb. Bəzi ölkələrə bu mövzuda əməkdaşlıq marağını ifadə edən məktublar da göndərilib. Həmçinin ABŞ-ın Avropadakı köhnə müttəfiqləri, Yaponiya və Cənubi Koreya ilə də təmaslar qurulub”, – deyə agentliyin xəbərində bildirilir.