ABŞ ilə Çin arasında başlanan "ticarət müharibəsi" səbəbindən "Amazon" Çindən edilən bəzi sifarişləri ləğv etməyə başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg"ə məlumat yayıb.
Məlumata görə, Çin və bir sıra Asiya ölkələrində yerləşən bir çox satıcıdan çimərlik kresloları, skuterlər, kondisionerlər və bu kimi digər məhsulların satışını dayandırıb.
Məlumatlarda qeyd eidlir ki, artıq aprelin 2-dən bu günə qədər 500 min ABŞ dolları dəyərində məhsulun çatdırılmasından imtina edilib.
"The Wall Street Journal"ın araşdırmasına görə, "Amazon"un birbaşa tədarükçülərdən aldığı məhsullar şirkətin satışlarının təxminən 40%-ni təşkil edir. Qalan 60% isə Amazon platformasında satış edən kiçik və müstəqil bizneslərə məxsus məhsullardan gəlir.
Hələlik şikrət yayılan məlumatları nə təsdi, nə də təkzib edib.