File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

Mask maydan etibarən DOGE fəaliyyətində daha az iştirak edəcək

23-apr-2025
Admin
Mask maydan etibarən DOGE fəaliyyətində daha az iştirak edəcək
Yazı Ölçüsü:

Amerikalı milyonçu iş adamı İlon Mask may ayından etibarən DOGE fəaliyyətində daha az iştirak edəcək.
"PostMedia" xəbər verir ki, Elon Mask gələn aydan etibarən ABŞ hökumətinin səmərəliliyinin artırılması üzrə onun rəhbərlik etdiyi DOGE adlı qurumun işində iştirakını azaldacağını bildirib.
"Güman ki, gələn aydan – maydan etibarən DOGE-ə ayırdığım vaxt əhəmiyyətli dərəcədə azalacaq. Gələn aydan (elektromobil istehsalçısı olan) Tesla şirkətinə daha çox vaxt ayıracağam", – deyə o, ona məxsus şirkətin investorları qarşısında çıxışında bildirib. Mask əlavə edib ki, ABŞ Prezidenti Donald Trampa faydalı və zəruri olduğu müddətdə hökumət məsələlərinin həlli üçün həftədə bir-iki gün ayırmağa davam edəcək.
Daha əvvəl çərşənbə axşamı Tesla 2025-ci ilin birinci rübündə xalis mənfəətinin 2024-cü illə müqayisədə 71% azaldığını açıqlayıb. Gəlir 9% azalıb. Şirkət bu azalmanı Berlin, Şanxay, Frimont (Kaliforniya ştatı) və Ostin (Texas ştatı) zavodlarında istehsal xətlərinin modernizasiyası işləri, elektromobillərin orta qiymətinin enməsi, eləcə də ABŞ-ın tez-tez dəyişən ticarət siyasətinin yaratdığı qeyri-müəyyənliklə izah edib.
Analitiklər gəlirin azalmasını qismən Maskın DOGE kuratoru kimi apardığı siyasi fəaliyyətlə əlaqələndirirlər. Tesla brendi Maskın şəxsi imici ilə sıx bağlıdır və onun Trampa açıq dəstəyi bəzi müştəriləri uzaqlaşdırıb. Avropa və ABŞ-də alıcılar Tesla məhsullarının boykotuna çağırırlar. Bundan əlavə, son həftələr ABŞ-də Tesla elektromobillərinin sahibləri və diler mərkəzləri vandalizm aktları ilə qarşılaşıblar, belə ki, radikal aktivistlər dayanacaqlarda bu avtomobilləri yandırırlar.

Kateqoriyalar