Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə dəyişkənlik artıb.
Bu barədə "PostMedia" Azərbaycan Mərkəzi bankına (AMB) istinadən xəbər verir.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin martında əmtəə qiymətləri indeksi aylıq 2,7% azalıb, illik isə 2,6% artıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin martında ötən ilin eyni ayına nəzərən 9,6% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin mart ayında ötən ilin eyni ayı ilə müqayisədə 1,8% möhkəmlənib.
Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin I rübündə xarici ticarət balansında müsbət saldo qeydə alınıb. Son qiymətləndirmələrə görə də 2025-ci ilin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı proqnozlaşdırılır.