File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

AMB sədrinin müavini İslam Korporasiyasının nümayəndəsi ilə görüşüb

06-may-2025
Admin
AMB sədrinin müavini İslam Korporasiyasının nümayəndəsi ilə görüşüb
Yazı Ölçüsü:

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədov Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş investisiya direktoru və bankçılıq departamentinin baş meneceri Bahaaledin Kirimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"PostMedia" bu barədə AMB-yə istinadən xəbər verir.

Görüş çərçivəsində ölkədə islam maliyyəsi alətlərinin tətbiqi və onun maliyyələşmə mənbələrinin diversifikasiyasındakı rolu ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər mühüm məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Kateqoriyalar