File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

Məmməd Musayev "Aqrarkredit"in rəhbərliyindən kənarlaşdırıldı

15-apr-2025
Admin
Məmməd Musayev "Aqrarkredit"in rəhbərliyindən kənarlaşdırıldı
Yazı Ölçüsü:

Bu gün "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətində səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib.

"PostMedia" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Yığıncağa maliyyə naziri Sahil Babayev sədrlik edib. Toplantıda Cəmiyyətin İdarə Heyətinin səlahiyyət müddətinin başa çatması səbəbindən yeni heyətin formalaşdırılması məsələsi müzakirə olunub.

Nazir Sahil Babayev indiyədək fəaliyyət göstərən heyətin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə təşəkkürünü bildirib.

Yeni qərara əsasən, İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə üzv seçiliblər. İlham Kələşov sədrin birinci müavini və sədr səlahiyyətlərinin müvəqqəti icraçısı, Rəcəb Hüseynov isə sədr müavini təyin olunub.

Kateqoriyalar