File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

Etibar Pirverdiyevin qaynı yığıncaq keçirəcək

13-may-2025
Admin
Etibar Pirverdiyevin qaynı yığıncaq keçirəcək
Yazı Ölçüsü:

İyunun 27-də, saat 10:00-da “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

PostMedia” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 2 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin illik hesabatlarının dinlənilməsi və təsdiq edilməsi, nizamnamədə dəyişiklik edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 761 min manatdır. "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-nin səhmlərinin 98,5%-i Xammədov Hikmət Hacəmməd oğluna məxsusdur. “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin qaynı olan Hikmət Xammədov eyni zamanda 2022-ci ilə qədər "Expressbank"da 25 %-lik paya sahib olub.

Kateqoriyalar