Ukraynanın Ruslar tərəfindən işğal olunmuş Donetsk bölgəsində 44 yaşlı kişi Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak etdiyi üçün həsəbs edilib.
Azərbaycan vətəndaşı Sahib Sabir oğlu Rzayev Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak etdiyinə görə 14 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilib.
"PostMedia" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü bəndi (silahlı münaqişədə muzdlu kimi iştirak) ilə təqsirli bilinib. Dövlət ittihamçısının mövqeyi nəzərə alınmaqla, məhkəmə Rzayevi qiyabi olaraq 14 il müddətinə ciddi rejimli islah koloniyasında cəza çəkməyə məhkum edib,” – deyə məlumatda qeyd olunur.
Məlumata görə, təqsirləndirilən şəxs 2022-ci ildə Ukraynaya gedərək beynəlxalq legionun tərkibinə daxil olub. Hərbi təlim keçdikdən sonra 2025-ci ilin martına qədər Kiyev rejimi tərəfində muzdlu kimi döyüşlərdə iştirak edib. Bunun müqabilində o, 2,9 milyon rubl ekvivalentində pul mükafatı alıb.