File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maraqlı

53 yaşlı Danimarka Kraliçasının gözəllik sirri nədir?

05-may-2025
Admin
53 yaşlı Danimarka Kraliçasının gözəllik sirri nədir?
Yazı Ölçüsü:

Danimarka Kraliçası Meri (Mary) bu yaxınlarda 53 yaşını qeyd edib. Gümrah görünüşü ilə diqqəti özünə çəkən Kraliçanın illərə meydan oxuyan zərifliyi bir çox insana ilham verir. Bəs Kraliça Merinin gözəllik sirri nədir?

Avstraliyalı qidalanma mütəxəssisi Cessika Spendlova görə, Kraliça Meri mükəmməl görünüşünü Danimarkaya xas bir qidalanma üsulu olan Skandinaviya diyetasına borcludur.

SKANDİNAVİYA DİYETASI NƏDİR?

“Nordic diet” kimi də tanınan bu qidalanma tərzində mövsümi tərəvəzlər, yağlı balıqlar, kök tərəvəzlər, paxlalılar, tam taxıllar və fermentasiya olunmuş süd məhsulları kimi minimum dərəcədə işlənmiş qidalara üstünlük verilir.

Spendlov qeyd edir ki, “Nordic diet”in uzunömürlülüklə bağlı elmi əsasları var və bu qidalanma bağırsaq sağlamlığı üçün də güclü təməl yaradır.

Diyetada ümumilikdə balıq, qoz-fındıq, toxumlar və pendir kimi keyfiyyətli protein mənbələri, meyvələr və kök tərəvəzlər kimi bitki mənşəli qidalar ilə tam taxıllı çörəklər istehlak edilir. Spendlov bu müxtəlifliyin sağlamlığa çoxsaylı müsbət təsir etdiyini bildirir.

Skandinaviya diyeatasında yalnız nələri yediyiniz deyil, nələrdən uzaq durduğunuz da böyük əhəmiyyət daşıyır. Xüsusilə dəyişiklik edilmiş qidalar və saflaşdırılmış karbohidratlardan uzaq durmaq bu qidalanma tərzinin əsas xüsusiyyətlərindən biridir.

“Bir sıra kimyəvi və genetik dəyişikliyə məruz qalmış qidaları azaltmaq – saf şəkər, trans yağlar və qatqı maddələrinin qəbulunu azaldaraq – maddələr mübadiləsi sağlamlığına, əhval-ruhiyyəyə və iltihab səviyyəsinə müsbət təsir göstərir,” – deyən Spendlov, Skandinaviya diyetasındigər diyetalardan fərqləndirən əsas cəhətlərdən birinin də çovdar çörəyi kimi tam taxıllara önəm verilməsi olduğunu bildirir. Spendlova görə, tam taxıllar qan şəkərinin balansını və iştahın idarəsini dəstəkləyir.

Kraliça Merinin yaşadığı Danimarkada son 20 ildə hökumət dəstəyi ilə əhalinin tam taxıl istehlakını artırmaq məqsədilə təşəbbüslər həyata keçirilir. Bu siyasət sayəsində Danimarka Avropada ən aşağı piylənmə göstəricisinə malik ölkələrdən birinə çevrilib.

DÜZGÜN TAM TAXIL NECƏ SEÇİLİR?

Spendlova görə, ən faydalı olanlar bütöv formada olan taxıllardır. Etiketlərdə ilk sırada “tam taxıl” və ya “kəpəkli un” ifadələrinin olması vacibdir və porsiya başına ən azı 5 qram lif tərkibli məhsullar seçilməlidir.

“Çovdar – B vitaminləri, maqnezium, antioksidantlar və sərbəst enerji təmin edir,” – deyən mütəxəssis, yulaf, kinoa və qarabuğda kimi məhsulların birlikdə istehlak olunmasını da tövsiyə edir.

Kateqoriyalar