File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Ərdoğan CHP liderini məhkəməyə verdi - 500 min Lirə təzminat istəyir

11-apr-2025
Admin
Ərdoğan CHP liderini məhkəməyə verdi - 500 min Lirə təzminat istəyir
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özələ qarşı 500 min lirəlik mənəvi təzminat iddiası qaldırıb.

"PostMedia" xəbər verir ki, iddia, Özelin 9 aprel tarixində Şişli Bələdiyyəsinin qarşısında keçirilən mitinqdə Prezidentə qarşı səsləndirdiyi ifadələrlə bağlıdır. Erdoğanı təmsil edən vəkil Ahmet Özelin təqdim etdiyi ərizədə Özgür Özelin mitinqlərdə dövlət başçısına qarşı alçaldıcı və təhqiramiz çıxışlar etdiyi qeyd olunub.

Sənəddə göstərilib ki, Özel, partiyasının adının qarışdığı korrupsiya və digər iddiaları ört-basdır etmək məqsədilə Prezidentə hücum edir. Həmçinin, bu bəyanatların təkcə şəxsi tənqid yox, eyni zamanda ictimai asayişi pozmağa yönəlik çağırışlar olduğu vurğulanıb.

Sənəddə, Özelin heç bir sübuta əsaslanmadan gerçəyə uyğun olmayan iddialarla Prezidentə qarşı ittihamlar irəli sürdüyü qeyd edilib. Onun çıxışlarının təkcə Ərdoğanı deyil, dövlət qurumlarını və seçiciləri də hədəfə aldığı bildirilib.

Vəkillər, bu çıxışların nifrət dili ehtiva etdiyini və ictimai fikri yönləndirməyə çalışdığını vurğulayıb. Eyni zamanda, bu ifadələrin demokratik cəmiyyət üçün təhlükə yaratdığına diqqət çəkilib.

Dava çərçivəsində Özgür Özəldən 500 min lirə təzminat və bu məbləğin faizlə birlikdə ödənməsi tələb olunur. Bundan əlavə, Özelin "xunta" ifadəsi ilə bağlı daha əvvəlki qurultay çıxışı üzrə də hüquqi proses başladılıb.

Kateqoriyalar